RU

ABŞ-da elektrik stansiyasını PUA ilə partlatmaq istəyiblər - 24 yaşlı şəxs  saxlanılıb

ABŞ-da 60-cı prezident seçkilərinin keçirildiyi gün terror aktı xəbərdarlığı yayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tennessi ştatında  elektrik stansiyasına bombalı hücumu planlaşdırdığı iddia edilən şəxs saxlanılıb.

Məlumata görə, həmin şəxs, yəni, Nashville şəhərində elektrik paylama mərkəzinə hücum etməyə hazırlaşan  24 yaşlı Skyler Philippin PUA-ya C4 markalı partlayıcı bağıayaraq stansiyaya kamikadze hüxumu həyata keçirməyə çalışıb.

Baş prokuror Merrik B.Qarland faktla bağlı bildirib ki, terrorçunun planının qarşısı son anda alınıb: "Bu, ölkəmizə xaos toxumu səpmək istəyənlərə növbəti xəbərdarlıqdır. Ədliyyə Departamenti sizi tapacaq, planınızı alt-üst edəcək və sizi layiq olduğunuz cəzaya məhkum edəcək".

Lamiyə Əhmədli

MİA.AZ

Избранный
10
mia.az

1Источники