RU

Nəzrindən anası Mələkxanım Eyubovaya ilə paylaşım

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın doğum günüdür.

OLAY yazır ki, sənətkarın bloger qızı Nəzrin Nəcəfova valideyni ilə bağlı instaqram səhifəsində paylaşım edib.

Anası ilə birgə fotosunu yayımlayan Nəzrin bu sözləri yazıb:

“Gözəl anam, doğum günün mübarək. Sənin hər il doğum günün bizim üçün bir bayramdır, içimizdə bir başqa sevinc, bir başqa ab-hava olur. Bunun hamısı sənin ruhunun, enerjinin gözəlliyindən irəli gəlir. Yaxşı ki, varımızsan. Hər zaman canın sağlam olsun. Həmişə səhnələrdə, sənətində zirvələrdə ol, biz də baxaq fəxr edək, necə ki, edirik”.

Qeyd edək ki, polis polkovniki Xosrov Nəcəfovla ailəli olan M.Eyubovanın 4 övladı var. Xanəndənin həyat yoldaşı 2021-ci ildə il vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Избранный
73
1
olay.az

3Источники