RU

Xricdə təhsil alan 540 azərbaycanlının diplomu tanınıb

Oktyabr ayı üzrə 665 müraciətçinin 540-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

"Unikal" xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 101, Dövlət nümunəli olmayan diplom səbəbilə 14, təhsil forması səbəbilə 5, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 1, ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 1, qısaldılmış proqram səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 208, Rusiya Federasiyasından 203, Türkiyə Respublikasından 135, Belarus Respublikasından 41, Gürcüstandan 25, Birləşmiş Krallıqdan 12, Amerika Birləşmiş Ştatlarından 9, Almaniya Federativ Respublikasından 5, Qazaxıstan Respublikasından 3, Çin Xalq Respublikasından 3, İtaliya Respublikasından 3, Macarıstandan 3, İspaniya Krallığından 2, İsveç Krallığından 2, İran İslam Respublikasından 1, Kanadadan 1, Şimali Kipr Türk Respublikasından 1, Koreya Respublikasından 1, Latviya Respublikasından 1, Litva Respublikasından 1, Misir Ərəb Respublikasından 1, Özbəkistan Respublikasından 1, Pakistan İslam Respublikasından 1, Qırğız Respublikasından müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 129, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 66, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 35, biznesin idarə edilməsi üzrə 28, iqtisadiyyat üzrə 28 müraciət qeydə alınmışdır.

Избранный
115
37
unikal.az

10Источники