RU

İqlim dəyişikliyi təhlükəsi bəşəriyyət üçün ən vacib problemlərdən birinə çevrilib - II İliya

Bakı.Trend:

Azərbaycan Respublikası özünün tolerant ənənələri vəmultikultural dəyərləri ilə tanınır və Zati-aliləri Prezident İlhamƏliyevin təşəbbüsü və dəstəyi ilə artıq bir çox əlamətdar tədbirəev sahibliyi edib.

Trend xəbər verir ki, bunubütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisiarxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliyaBakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində deyib.

O bildirib ki, sivilizasiyalararası və dinlərarası kontekstdəbeynəlxalq görüş bu ölkənin uğurunu açıq şəkildə göstərir

“Artıq uzun müddətdir ki, bir çox konfransların mövzusu olaniqlim dəyişikliyi təhlükəsi bəşəriyyət üçün ən vacib problemlərdənbirinə çevrilib. Allahın yaratdığı və onun qoyduğu qanunlarıqorumalı və mümkün olduqda hər birimiz ətraf mühitin qayğısınaqalmalıyıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Избранный
15
4
az.trend.az

10Источники