RU

Ukraynada döyüşən Şimali Koreya əsgəri ayda 2000 dollar alacaq

Ukraynada

Rusiya dövləti Ukraynaya qarşı müharibədə iştirak etdən Şimali Koreya əsgərinə ayda 2000 dollar ödəyəcək.

Reyting.az
"The Korea Herald" qəzetinə istinadla bildirir ki, Rusiya-Ukrayna müharibəsinə döyüşmək üçün göndərilən Şimali Koreyanın əsgəri heyətində olan hər bir hərbçi Rusiyadan hər ay 2000 (iki min) dollar maaş alacaq.

Nəşr məlumatı Cənubi Koreya Milli Kəşfiyyatına istinadla yayıb.

Məlumata görə, Şimali Koreyadan gəlib Ukrayna ərazisində savaşan və yenə də göndəriləcək əsgərlərin ümumi sayı 10 min nəfərdən çoxdur. Bu məqsədlə, Rusiyada hərbi qulluqçulardan başqa, təxminən 4 minə qədər Şimali Koreya vətəndaşı olan işçi heyəti də var. Onların orta əməkhaqqı ayda təxminən 800 dollardır.

Cənubi Koreyanın nüfuzlu "The Korea Herald" nəşri yazır ki, Şimali Koreyanın öz məhsulu olmadığına görə Rusiya KXDR-əbunun əvəzində düyü də ixrac edə bilər. Güman edildiyi kimi, Moskva Pxenyana ildə 600-700 min tona qədər düyü məhsulu göndərməyə özünü hazır sanır, halbuki bundan əvvəl KXDR Rusiyadan 50-100 min ton düyü alırdı.

Oqtay QORÇU
Избранный
6
reyting.az

1Источники