RU

Avstraliya faiz dərəcələrini 13 ilin ən yüksək səviyyəsində saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Ehtiyat Bankı (RBA) proqnozlara uyğun olaraq faiz dərəcəsini 13 ilin ən yüksək səviyyəsində sabit saxlamaq qərarına gəlib.

Banco.az xəbər verir ki, Avstraliyanın mərkəzi bankı inadkar inflyasiya üzərində təzyiqi saxlamaq məqsədi ilə faiz dərəcələrini 13 ilin ən yüksək səviyyəsindən dəyişməyib.

Bank faiz dərəcəsini 4,35 faiz səviyyəsində buraxaraq proqnozlara uyğun addım atıb.

RBA-nın idarə heyəti beynəlxalq perspektivlə bağlı "yüksək qeyri-müəyyənlik səviyyəsini" qeyd edib.

Xatırladaq ki, Avstraliyada baza CPI 2022-ci ildəki zirvəsindən aşağı düşsə də, 3,5 faiz səviyyəsində yüksək olaraq qalır və xidmətlər inflyasiyası da güclü mövqeyini qoruyur. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
12
14
banco.az

10Источники