RU

Porsche avtomobilləri geri çağırır – SƏBƏB 

Porsche şirkəti kütləvi gericağırma kampaniyasına start verib. 

Avtosfer.az xəbər verir ki, kampaniyaya səbəb təkər boltlarının boşalmasıdır. Geri çağırılan maşınların təkər boltları dəyişdirilir və yoxlanılır.
Artıq bir neçə ölkədə avtomobillərin boltlarının boşalması nəticəsində təkərin açılması hallarına rast gəlinib. Lakin hadisə zamanı hələ ki xəsarət alan olmayıb. 
Kampaniya bir mərkəzi boltla təchiz edilmiş təkərləri olan avtomobillərə şamil edilir. 4 və 5 boltlu təkərlərdə nasazlıq qeydə alınmayıb.
Geri çağırma  911 (GT3, GT3 RS, Turbo, Turbo S, GTS, Sport Classic), 718 (GT4 RS və Spyder RS) və Panamera (GTS, Turbo,Turbo S E-Hybrid) modellərinə şamil edilir.

Vüqar

Избранный
16
avtosfer.az

1Источники