Sosioloji sorğu iştirakçılarının demək olar ki, 58 faizi Ermənistanın baş naziri Nikol Paşinyanın işindən narazı olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan araşdırma məlumatlarını təqdim edərkən bildirib.
Nəticələrə görə, 57,6 faizi baş nazirin fəaliyyətindən narazıdır: onlardan 41,5 faizi qətiyyən narazıdır, 16,1 faizi isə “kifayət qədər narazıdır”.
Respondentlərin 34,5 faizi baş nazirin işini müsbət qiymətləndirir: 14,1 faizi “qətiyyən razı”, 20,4 faizi isə “kifayət qədər razı”.
Digər 7,9 faiz isə cavab verməkdə çətinlik çəkib.