RU

Ombudsman Aparatı COP29-a hazırlıq çərçivəsində hansı işlər görüb?- RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Ekoloji tarazlığın qorunub saxlanması, ətraf mühitin mühafizəsi,təbii ehtiyatlardan səmərəli istifadə olunması son dövrlərdəxüsusilə aktual məsələyə çevrilib və dövlətlər tərəfindən davamlıtəxirəsalınmaz tədbirlər görülür.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ombudsman Aparatındanməlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il19 yanvar tarixli növbəti Sərəncamı ilə COP29, Kioto ProtokolununTərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin TərəflərGörüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmışTəşkilat Komitəsinin tərkibinə Azərbaycan Respublikasının İnsanHüquqları üzrə Müvəkkili (Ombudsman) da daxil edilib.

"Ötən dövr ərzində təmiz, sağlam, dayanıqlı ətraf mühitdəyaşamaq hüququnun müdafiəsi Azərbaycan Ombudsman təsisatının dadaim diqqət mərkəzində olduğuna görə ötən dövr ərzində “İnsanhüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etikaspektləri“, “Ətraf mühit və insan hüquqları: əsasbeynəlxalq-hüquqi aktlar və milli qanunvericilik”, “Beynəlxalqhüquqi aktlarda və milli qanunvericilikdə təsbit olunmuş ekolojihüquqların müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti”, “Ətrafmühit və insan hüquqları: beynəlxalq-hüquqi və milli aspektlər”,“Azərbaycan Respublikasında ətraf mühit: qanunvericiliyin əsasaspektləri”, “Ətraf mühit və əqli mülkiyyət hüququ”, “Sağlam ətrafmühitdə yaşamaq hüququ: beynəlxalq standartlar və AzərbaycanRespublikasının qanunvericiliyi”, “Ekologiya və insan hüquqları:vətəndaş cəmiyyətinin rolu” kimi aktual mövzuların müzakirəolunduğu silsilə tədbirlər təşkil edilmişdir.

COP29 ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrəMüvəkkilinin (Ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinindəstəyi ilə 2 oktyabr 2024-cü il tarixdə “İqlim dəyişikliyi vəİnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarınınrolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumukeçirilib.

Qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onlarınhəlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, busahədə mövcud müsbət təcrübələri paylaşmaq məqsədilə keçiriləntədbirə 30-a yaxın ölkədən 60-dan çox qonaq, o cümlədən ombudsmanvə milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiyakomissarları, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri,vətəndaş cəmiyyəti institutlarının, bir sıra beynəlxalq qurumlarınrəhbər və nümayəndələri, iqlim dəyişikliyi və insan hüquqlarısahəsində ekspertlər – ümumilikdə 200-dən çox iştirakçıqatılıb.

Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdəmilli insan hüquqları təsisatları və ombudsman institutlarınadəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirlərihaqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi iləmübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyininmüharibənin partlayıcı qalıqları və minalarla çirklənmə iləəlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığınıntəşviqi” mövzularında panel sessiyaları təşkil edilib. Sessiyalardamövzular üzrə çıxışlar dinlənilib, geniş fikir mübadilələriaparılıb. Eyni zamanda, çağırışlar və gələcək əməkdaşlıqperspektivləri geniş müzakirə olunub.

Tədbirin yekununda Ombudsmanların Beynəlxalq Bakı ForumununBəyannaməsi səsləndirilib və qəbul olunub. Bəyannamə ekolojiproblemlərin həlli istiqamətində ombudsman və milli insan hüquqlarıtəsisatlarının rolunun gücləndirilməsinə, həmçinin müvafiq sahədəməlumatlılığın artırılmasına öz töhfəsini verəcəkdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən tələbələrüçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusundaaraşdırma-yazı müsabiqəsinin iştirakçıları üçün məlumatlandırıcıtəlim sessiyası təşkil olunub. Hakaton formatında elan olunmuşmüsabiqədə Bakı Dövlət Universiteti, Azərbaycan RespublikasıPrezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ADAUniversitetindən seçilmiş 45 nəfərdən ibarət 9 komanda təmsilolunub. Qalib komanda 2 oktyabr 2024-cü il tarixdə "İqlimdəyişikliyi və insan hüquqları" mövzusunda Ombudsmanların BakıBeynəlxalq Forumunda təltif olunub. Habelə Qəbələ şəhərində “İqlimdəyişikliyi və insan hüquqları: Gənc baxış” mövzusunda seminartəşkil olunub.

Nəzərinizə çatdırırıq ki, BMT-nin 13-cü (İqlim dəyişikliyinəqarşı mübarizə) Dayanıqlı İnkişaf Məqsədi və 2024-cü ilin “Yaşıldünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar artıqtərəfimizdən cari il üzrə aidiyyəti qurumlarla əməkdaşlıqda həyatakeçirilməsi nəzərdə tutulan maarifləndirmə tədbirlərinin siyahısına“İqlim dəyişikliyi və insan hüquqları”, “Sağlam ətraf mühitdəyaşamaq hüququ”, “Sağlam həyat tərzi və sağlamlığın qorunması” kimimövzular daxil edilmiş və hazırda da icra olunmaqdadır.

Tərəfimizdən iştirak olunan beynəlxalq tədbirlərdə, BMTqurumları, digər beynəlxalq və regional təşkilatlar, habeləsəfirlərlə keçirilmiş görüşlərdə müəyyən edilmiş qaydalara uyğunşəkildə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylikili” elan olunması və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29-a ev sahibliyi etməsi ilə bağlı görülmüş işlərlə bağlıməlumatlar diqqətə çatdırılmışdır.

COP29 tədbirləri çərçivəsində 14 noyabr 2024-cü il tarixdə MaviZonada tərəfimizdən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti:milli insan hüquqları institutlarının rolu” mövzusunda plenarmüzakirə də keçiriləcək. Dövlət orqanlarının, akkreditasiyadankeçmiş vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarınnümayəndələrinin iştirak etdiyi tədbirdə müəyyən olunmuşindikatorlar üzrə müzakirələr aparılacaq.

Ombudsmanın Təşkilat Komitəsinə üzvlüyü çərçivəsində “Ekolojihüquqların qorunması və təşviqində bələdiyyələrin rolu”, “Ekolojihüquqların qorunması və təşviqində qeyri-hökumət təşkilatlarınınrolu”, “Ekoloji hüquqların qorunması və təşviqində mediasubyektlərinin rolu”, “Ekoloji hüquqların qorunması və təşviqindəhəmkarlar ittifaqı təşkilatlarının rolu”, “Ekoloji hüquqlarınqorunması və təşviqində dövlət qurumları, vətəndaş cəmiyyətiinstitutları və özəl sektorun əməkdaşlığı”, “Ermənistan tərəfindəntörədilmiş ekoloji cinayətlər və onların ifşası” kimi mövzulardaiqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə ilə bağlıbiliklərin artırılmasına xidmət edən seminarların, dəyirmimasaların, yazı və rəsm müsabiqələrinin və digər maarifləndiricitədbirlərin keçirilməsi, müvafiq mövzunu təbliğ edən nəşrlərinhazırlanmasını nəzərdə tuturuq", - deyə əlavə edilib.

Məqalədə:
Избранный
14
3
az.trend.az

4Источники