RU

Vüsal Göyüşova daha bir vəzifə verildi

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşova yeni vəzifə verilib.

 

Modern.az-ın məlumatına görə, o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) kollegiyasının tərkibinə daxil edilib.

 

Kollegiyaya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov rəhbərlik edir.

 

Qeyd edək ki, Vüsal Göyüşov iyul ayında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru təyin edilib.

 

Komitənin Kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir. Kollegiyanın iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiyanın sədrinin səsi həlledici hesab edilir. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq sədrin əmrləri ilə həyata keçirilir.

 

Komitənin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Komitənin sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Kollegiyanın üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

 

Zəruri hallarda Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, habelə dini qurumların nümayəndələri dəvət edilə bilərlər.

Избранный
8
5
modern.az

6Источники