RU

Yasamalda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Yasamal rayonunda yerləşən Şəhidlər Xatirə Kompleksi ziyarət olunub,  şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Ümummilli Lider Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə tər gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Milli Müdafiə Universitetinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, Milli Qəhrəman, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Qəzənfər Ağayev, qazi, ehtiyatda olan mayor Süleyman Heydərov, şəhid Şahmar Mənəfovun həyat yoldaşı Bəyim Mənəfova, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək Zəfər Gününün Azərbaycan tarixinin ən şərəfli səhifəsi olduğunu deyiblər. “Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan və Ordumuzun sayəsində dördüncü ildir ki, Zəfər bayramını qeyd edir. Bu gün Azərbaycan 21-ci əsrin tək qalib ölkəsidir. Ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə ölkəmiz bütün dünyaya gücünü, xalqımızın mənəvi birliyini, yenilməzliyini göstərdi".

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün  8 Noyabr-Zəfər Günü ilə əlaqədar rayon ərazisində 55 şəhid ailəsi ziyarət olunub və onlara bayram sovqatları təqdim edilib.

Избранный
101
50
unikal.az

10Источники