Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenko avrokuboklarda mübarizəyə başlayırlar.
İdman.biz xəbər verir ki, Rumıniya "Alba"sının formasını geyinən təmsilçilərimizin komandası CEV kubokunda evdə "Rabotniçki"ni (Şimali Makedoniya) qəbul edəcəklər.
Bu, 1/32 final mərhələsinin ilk görüşüdür, cavab matçı isə noyabrın 12-də Skopyedə olacaq.
Qeyd edək ki, cütün qalibi turnirin növbəti mərhələsində "Prostejov"la (Çexiya) qarşılaşacaq.
İdman.biz