Olaylar.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov Macarıstanın baş naziri Viktor Orbanla geniş tərkibdə keçirilən görüşdə deyib.
"Macarıstanın 2025-ci ildə Budapeştdə Türk Dövlətləri Təşkilatının növbəti qeyri-formal sammitinə ev sahibliyi etmə təşəbbüsünü tam dəstəkləyirik. Bu təşəbbüsü artıq dəstəkləmişik və Budapeştdə keçiriləcək qeyri-formal sammitin, TDT-yə sədrlik dövrümüzdə baş tutacağından məmnunuq. Sədr dövlət olaraq, bu Sammitin uğurla baş tutması üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq," - deyə Cəfərov bildirib.
Onun sözlərinə görə, Qırğızıstan Türk Dövlətləri Təşkilatının sabahkı Zirvə toplantısına ciddi şəkildə hazırlaşır.
"Sizin iştirakınız müzakirələrimizə xüsusi əhəmiyyət qatacaq və dövlətlərimiz arasında əlaqələri möhkəmləndirmək istəyimizi vurğulayacaq. Sabahkı Sammit çərçivəsində biz vacib sənədləri birgə nəzərdən keçirəcək və TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə edəcəyik. Əminəm ki, bu əməkdaşlıq yeni nailiyyətlərə yol açacaq və əlaqələrimizi gücləndirəcək. Qırğızıstan macar qardaşlarımızın türklərlə inteqrasiya arzularını, o cümlədən sizin şəxsi töhfələrinizi yüksək dəyərləndirir", - deyə Japarov vurğulayıb.