RU

Milyardlar ortada: Tramp və Harris tarixin ən bahalı seçki kampaniyasında

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris seçki kampaniyalarına rekord məbləğdə - 3,5 milyard dollar xərcləyiblər.
Oxu.Az bildirir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) qəzeti xəbər yayıb.
Nəşrin hesablamalarına görə, bu, ABŞ-də hazırda keçirilən prezidentlik yarışını tarixdə ən bahalı seçki edir.
Bildirilir ki, Harris seçki kampaniyası üçün 2,3 milyard dollardan çox vəsait cəlb edib və bunun 1,9 milyard dollarını xərcləyib.
Ağ Evin keçmiş rəhbəri isə 1,8 milyard dollar cəlb edib və 1,6 milyard dollar xərcləyib.
Bu vəsaitlərin yarısından çoxu media, internet və ABŞ şəhərlərinin küçələrində reklam kampaniyasına (xüsusən səsvermənin nəticəsi üçün əhəmiyyətli olan ştatlarda) xərclənib. Əməliyyat və inzibati xərclər hər iki namizəd üçün ikinci ən böyük xərc maddəsi olub - Harris üçün 250 milyon dollardan bir qədər az, Tramp üçün təxminən 200 milyon dollar təşkil edib.
Nəşr qeyd edir ki, Trampın kampaniyası zamanı bütün vəsaitlərin təxminən 14%-i (100 milyon dollardan çox) keçmiş prezidentin məhkəmə xərclərinə gedib.
Namizədlərin kampaniyaları şəxsi və partiya vəsaitləri, fərdi ianələr və müxtəlif dəstək fondları (Siyasi Fəaliyyət Komitələri, Political Action Committee - PAC) vasitəsilə maliyyələşdirilir.
ABŞ-nin "OpenSecrets" qeyri-kommersiya təşkilatının məlumatına görə, prezident seçkisinə xərclər 2012-ci ildə 3,58 milyard dollar, 2016-cı ildə 3,12 milyard dollar, 2020-ci ildə 7,71 milyard dollar təşkil edib.
Избранный
11
2
oxu.az

10Источники