RU

Türkiyədən Qırğızıstana dəri məhsulları ixracı artıb

Bakı. Trend:

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstanadəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,8faiz artaraq, 12 milyon 663 min 38 dollara bərabər olub.

Trend xəbərtverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyədən Qırğızıstana 704 min 42dollar məbləğində dəri məhsulları ixrac edilib ki, bu da keçən ilinoktyabr ayı ilə müqayisədə 23,4 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənindəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,7faiz azalaraq, 1 milyard 300 milyon 182 min dollara bərabərolub.

“Bu ilin oktyabr ayında Türkiyə 132 milyon 738 min dollarməbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabrayı ilə müqayisədə 1,3 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024)Türkiyə 1 milyard 539 milyon 555 min dollar məbləğində dəriməhsulları ixrac edib.

Избранный
9
21
az.trend.az

10Источники