Nələr oldu bu ayda, gəlin birdə xatırlayaq.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyatlardan biri kimi düşdü.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.
8 Noyabr tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü” kimi Azərbaycanın tarixinə silinməz izlərlə yazıldı.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunmağa başladı.
Noyabrın 10-u isə ölkəmiz üçün bir başqa tarixi gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfərlə Ermənistanı masa arxasında oturmağa məcbur edən Azərbaycan prezidenti noyabrın 10-da imzalanan üçtərəfli bəyanat ilə Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini bütün dünyaya təsdiq etdi. Bununla da Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, müharibə zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, xalqımız qalib adı aldı.
Azərbaycan xalqının əzmi və iradəsi, döyüşkən ruhu, torpaq, Vətən sevgisi və xalq-iqtidar birliyi ilə ölkəmizin qələbəsinə addım-addım yaxınlaşdı. Zəngin dövlətçilik və hərb tarixinə söykənən, ondan güc alan Azərbaycan xalqı elə şanlı qəhrəmanlıq salnaməsi yazdı ki, bu tarixi zəfərlə Qarabağını canıyla,qanıyla geri qazandı.
Bu qələbəylə xalq olaraq birliyin gücünü bir daha öyrəndik, bir yumruq altında birləşən gücdən doğan zəfəri daddıq. Vətən eşqi yaşayırıq doğma Qarabağımızla; günü-gündən çiçəklənir ana torpağımız, yenidən qurulur dədə-baba yurdumuz.
Və qətiyyətlə deyə bilərik ki, bu amal üzrə Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı reallıq regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.
9Источники
-
azxeber.comNoyabrın Zəfəri – Gülər Mübariz yazır ( 12768457)
-
sfera.azNoyabrın Zəfəri – Gülər Mübariz yazır ( 12756496)
-
demokrat.azNoyabrın Zəfəri — Gülər Mübariz yazır ( 12753538)
-
busaat.azNoyabrın Zəfəri – Gülər Mübariz yazır ( 12753487)
-
yenicag.azNoyabrın Zəfəri – Gülər Mübariz yazır ( 12752389)
-
interpress.azNoyabrın Zəfəri – Gülər Mübariz yazır ( 12752092)
-
olaylar.azNoyabrın Zəfəri – Gülər Mübariz yazır ( 12751651)
-
moderator.azNoyabrın Zəfəri – Gülər Mübariz yazır ( 12751291)
-
veteninfo.azNoyabrın Zəfəri – Gülər Mübariz yazır ( 12750871)