RU

Qərəzli münasibət: Ursula fon der Leyen də Frank Şvabenin bir tayıdır -ANALİZ

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin iqlim sammitinə (COP29) gəlməyəcək. Bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb. O bildirib ki, Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Avropa Komissiyasının rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacaq. 

Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, COP29-un Azərbaycanda keçirilməsi bəzi dairələrdə qısqanclıqla qarşılandı:

“Həmin dairələr kütləvi şəkildə bəyanatlar verərək COP29-un Azərbaycanda keçirilməsini boykot etməyə çalışırlar. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Avropa dairələrində rəsmi Bakıya qarşı qərəzlər artıb. Hətta Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan qarşı qarayaxma kampaniyası aparır. Onlar erməni diasporunun təsirləri altında fəaliyyət göstərən şəxslərdir. Həmçinin Avropa Komissiyasında da belə insanlara rast gəlmək mümkündür. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin də Azərbaycanda keçirilən COP29 tədbirinə qatılmaqdan imtina etməsi də dövlətimizə olan qərəzli münasibətin bariz göstəricisidir. Ursula fon der Leyen də Frank Şvabenin bir tayıdır. O faktiki olaraq Ermənistanı dəstəkləyən və yenidən Cənubi Qafqazda münaqişənin alovlanmasına xidmət göstərən şəxsdir. Eyni zamanda Fon der Leyen Belçikada keçirilən bədnam üçtərəfli görüşün əsas təşəbbüskarlarından biridir. Belə bir şəxsdən Azərbaycana münasibətdə normal davranış gözləmək absurd olardı. Ursula fon der Leyenin COP29 qatılmamaqla bir daha qlobal və iqlim dəyişikliyi kimi problemlərin onu və təmsil etdiyi qurumu narahat etmədiyini göstərdi. Avropa İttifaqı kütləvi şəkildə ekeloji problem yaradan ölkələrə yardım göstərir. Elə Ermənistan ekoloji çirklənməni regionda ən çox törədən dövlətdir”.
Избранный
111
11
sherg.az

8Источники