Deputat əlavə edib ki, insanlaırn həyatını təhdid edən qlobal iqlim dəyişkiliyinə qarşı mübarizədə "yaşıl iqtisadiyyat"a, "yaşıl enerji"yə keçidi təmin etməyi fəaliyyətilərinin əsas prioritetləri elan etdiyi Avropa İttifaqı və onun strukturlarının rəhbərlərinin COP29-da iştirakdan imtinasına nə ad vermək olar: "Avropa Komissiyasının sədri Ursula fon der Leyen COP29-da iştirak etməmək barədə qərar verməsinin bir adı var. Bunun adı riyakarlıqdır. Belə ki, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədən istifadə etməklə Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edib çirkin niyətlərini həyata keçirməkdir. Ancaq bunlar faydasızdır. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin COP29-da iştirakı ona daha çox başucalığı gətirərdi, nəinki iştirkdan imtinası... Çünki Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizəni və bununla bağlı olaraq "yaşıl iqtisadiyyat"a, "yaşıl enerji"yə keçidi özünün gələcək strateji hədəfi seçib və fəaliyyətini də bu istiqamətdə qurub. Azərbaycan eyni zamanda "yaşıl enerji"yə keçidi elan etməklə, həm də enerji sahəsinin diversifikasiyasını yaratmaqla Avropanın enerji təhlükəsziliyinin təmin olunmasında daha etibarlı və dayanıqlı rol oynmaq istəyir. Amma Avropa Komissiyasının sədri Ursula fon der Leyen kimilər nəinki dünyanın, hətta yaşadıqları Avropa coğrafiyasındakı problemlərin həllinə yönələn ciddi problemin həlinə dəstək vermək yerinə, cılız düşüncələrin və məkrli oyunların qurbanı olmaq yolunu seçib. Bununla da onlar əslində Avropanın gələcəyinə və bəyan etdiyi dəyərlərə qarşı çıxırlar. Belə cılız düşüncəli siyasətçilərinin fəaliyyətini digər Avropa ölkələrinin siyasətçiləri görür. Onlar əksinə Azərbaycanın bu istiqamətdəki fəaliyyətini təqdir edirlər və dəstəkləyirlər. Noyabrın 5-də Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində təşkil olunmuş "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclasında şıxış edən Avropa Şurasının xüsusi nümayəndəsi Aleksandr Cessenin çıxışı bunun barzi nümunəsidir. Aleksandr Cesse çıxışında bəyan edib ki, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın möhkəm siyasi iradəsi var. O Azərbaycanın belə bir ciddi problemin həllinə töhfə verəcəyinə inanır. Çoxsaylı belə faktlar sadalmaq olar. Kimsə Azərbaycanı yolundan döndərə bilməyəcək və öz yolunda inamla irələyərək qarşısına qoyduğu hədəflərə nail olacaq. Azərbaycan COP29-u ən yüksək səviyyədə keçirməklə Ursula fon der Leyen kimiləri məyus edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31