RU

Trumpın yenidən iqtidara gəlməsi nələrisə dəyişəcəkmi? -ANALİZ

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp özünü ölkənin 47-ci prezidenti adlandırıb.
 xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Floridada brifinqdə danışıb. O, bununla özünün seçkilərdə qalib gəldiyini bildirib. Trump qeyd edib ki, bu, bizim ölkənin heç vaxt görmədiyi siyasi qələbədir. Ölkəmizə bərpa olmağa kömək edəcəyik. Ona yardım lazımdır. Sərhədlərimizlə olan problemi, digər geri qalan problemləri həll edəcəyik. Amerika bizə misli görünməmiş və güclü mandat verdi. 
 indi əsas məsələ geosiyasi müstəvidə nələrin dəyişə biləcəyi hərkəsdə sual doğurur? 

Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, artıq Amerika Birləşmiş Ştatlarında prezident seçkilərinin ilkin hesablanmalarına görə Donald Tramp qalib gəlib:

“Donald Trampın yenidən iqtidara gəlməsi nələrisə dəyişəcəkmi? məsələsinə obyektiv baxmaq üçün Amerika siyasətini nəzərdən keçirmək lazımdır. Çünki Amerika siyasətində prezidentlərin rolu o qədər də önəmli deyil. Dövlətin siyasətinin müəyyənləşdirilməsində ABŞ konqresi, Nümayəndələr Palatası və “Ağ Ev”də önəmli rol oynayır. Donald Trampın ilk prezidentlik dönəmində də Amerika siyasətində kəskin fərqlər olmadı. Bəzi məsələlərdə Barak Obamanın ziddinə sayılacaq qərarlar verilsə də, Amerikanın dövlət olaraq dünyaya baxışı dəyişməmişdi. Çünki Amerikanın xarici siyasətinin əsas faktoru hakimiyyətdə kimin və hansı partiyanın olmasından asılı olmayaraq, ABŞ dominantlığını təmin etməkdən ibarətdir”.

Ekspert bildirib ki, sadəcə olaraq namizədlər arasında bəzi yanaşmalar fərqlidir:
“Donald Tramp Rusiyaya qarşı mübaribəzi Amerikanın xarici siyasətinin ikinci məsələsi kimi görəcək. Əsas prioritet məsələ olaraq Amerika xarici siyasətinə təhlükə kimi Çin və İranla mübarizə apara bilər. Amma tamamilə Tramp tərəfindən Rusiyaya qarşı mübarizənin dayandırılması, Ukraynaya dəstəyin azaldılması indiki vəziyyətdə real deyil. Donald Tramp çox yaxşı başa düşür ki, Amerikanın hegemonluğu qoruması üçün Avropa və NATO ilə əlaqələri vacibdir. Həmçinin Rusiyanın Ukraynada qələbə qazanması Avropanın maraqlarına zərbə vurduğu qədər ABŞ-nin də xarici siyasət maraqlarına ziyandır. Çünki bu Amerikanın əsas rəqiblərindən olan Rusiyaya məğlubiyyəti deməkdir. Bu mənada Trampın siyasəti Ukraynanın Rusiyaya məğlub olmaması səviyyəsində davam edəcək. Digər tərəfdən Donald Tramp Zelenski iqtidarına məhz sülh variantlarına isti baxması üçün təzyiqlər göstərə bilər. Eyni zamanda Donald Trampın gəlişi ilə Amerikanın Yaxın Şərq siyasəti şəkillənəcək. Türkiyə ABŞ münasibətləri yenidən yaxınlaşma səviyyində ola bilər. Co Baydenin prezidentliyi dövründə İran Yaxın Şərq ciddi təsir nöqtələri əldə etmişdi. Amerika bir növ Yaxın Şərq siyasətində müəyyən uğursuzluqlar qazanmışdı. Ona görə də Donald Tramp Amerikanın Yaxın Şərqdə təkbaşına uğur əldə edəcəyinə inanmır. Bu nöqtədə isə ən effektiv tərəşdaş olaraq Türkiyə ilə münasibətləri normallaşdıracaq”.
Избранный
40
41
sherg.az

10Источники