RU

"Səhhətim haqqında panika yaydılar" - Flora Kərimova

Xalq artisti Flora Kərimova səhhətinin pisləşməsi haqqındakı xəbərlərə münasibət bildirib.

Xalq artisti Teleqraf.com-a açıqlamasında səhhətində problem olmadığını deyib:

"Şükür Allaha, səhhətim pis deyil. Xəstəxanaya müayinə üçün getmişdim. Bir panika yaydılar, özüm də özümdən qorxdum. Hər şey yaxşıdır".

Qeyd edək ki, ötən gün Zümrüd Bədəlova aparıcısı olduğu “Gün ortası” verilişində xalq artisti Flora Kərimovanın səhhətində problemlər yarandığını və bu səbəbdən efirə gələ bilməyəcəyini açıqlayıb.


Müəllif: Rəqsanə Həsənova
Избранный
47
teleqraf.com

1Источники