RU

Trampın yenidən prezident seçilməsi dünya siyasətinə necə təsir göstərəcək? – AÇIQLAMA

Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Tramp olub.

Məlumata görə, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp nümayəndələrin 277 səsini alaraq, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib.

Bəs Trampın yenidən ABŞ-ın prezidenti seçilməsi dünya siyasətinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Turkustan.az-ın suallarını cavablandırıb.

Tural

Politoloq bildirib ki, “bütövlükdə respublikaçıların hakimiyyəti dövründə Amerika Birləşmiş Ştatları xarici siyasətdə eksponsionist xəttində müəyyən geriləmələr edib. Amma bütövlükdə demək olmaz ki, demokratların hakimiyyəti dövründə ABŞ özünün ənənəvi nyu imperialist siyasətindən əl çəkib. Hər halda demokratlarla respublikaçıların hakimiyyətləri dövrünün analogiyalarını aparanda görür ki, özəlliklə demokratların hakimiyyətdə olduğu dövrdə ABŞ-nın xarici ölkələrə müdaxilələri, dünyanın fərqli coğrafiyalarında, ictimai xaos yaratmaq cəhdləri və elementləri daha çox olub. Amma respublikaçıların hökuməti ələ aldığı dövrlərdə ABŞ-ın bu təhlükəli tendensiyaları və siyasəti əvvəlki dövrlərə nisbətdə daha zəif oldub.

NYT-nin

Özəlliklə Baydendən əvvəl Trampın prezidentliyi dövründə ABŞ-ın xarici siyasət kursunda müəyyən korrektələr edilmişdir və Tramp Baydendən fərqli olaraq çalışırdı ki, ABŞ-ı fərqli coğrafiyalara çox dərindən sirayət edib, orada yeni kataklizmlər və müharibə ocaqları yaratmasın”.

Politoloq əlavə olaraq bildirib ki, “bu baxımdan da Trampın idarəçilik dövründə həyata keçirilən addımlar, eyni zamanda ABŞ-ın xarici siyasət kursu müəyyən ümidlər yaradır ki, bundan sonra da Trampın rəhbərliyi altında ABŞ-ın xarici siyasət kursu ənənəvi Tramp xətti üzrə davam edəcək, əksinə Kamala Harris və yaxud ümumilikdə adlandırsaq demokratlar hakimiyyətə davam etdirsəydi Co Baydenin dövründəki ABŞ-ın uğursuz siyasi sistemi yenidən davam etmiş olacaqdı. Hal hazırda biz bilirik ki, üçüncü dünya müharibəsinin astanasına yaxınlaşır və təbii ki, üçüncü dünya müharibəsinin baş verməməyi üçün Amerika kimi iri ölkələrin siyasətlərində müəyyən sakit məcraya keçmələri vacibdir.

Kamala

O, baxımdan da Trampın prezidentlik dövrünün Baydendən fərqli olacağını və ABŞ-ın ölkələrin daxili işlərinə müdaxilədən bir qədər geri çəkiləcəyini düşünürəm. Həm də nəzərə almaq lazımdır ki, artıq ABŞ cəmiyyətin özündə də ABŞ-ın dünyanın hər yerinə müdaxilə etmək cəhdlərində böyük bir yorğunluq hiss edilir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
69
50
turkustan.az

10Источники