RU

Fuad Çıraqov :"Qərb demoqrafiyasında və sosiologiyasında baş verən keyfiyyət dəyişikliyinin təzahürüdür"

Tramp özü çox yaxşlı olsa da təkcə ABŞ-da deyil, bütövlükdə Qərb demoqrafiyasında və sosiologiyasında baş verən keyfiyyət dəyişikliyinin təzahürüdür. Daha doğrusu son illərdə baş verən keyfiyyət dəyişikliyinə bir etirazdır. Tramp fenomenini anlamaq üçün sadələşdirilmiş kateqoriyalarla demokratlarla respublikaçılar, liberallarla mühafizəkarlar, sollarla sağların, bir qrup kapitalla digər qrup kapital arasında mübarizə kimi baxmaqla anlamaq mümkün deyil. Eləcə də dünyaya və onların xarici siyasət baxışlarına soyuq müharibə dövrü klişeləri ilə təhlil etməklə anlamaq mümkün deyil. ABŞ-da cərayan edən prosesləri anlamaq üçün Gen Z nəslinin xüsusiyyətlərini, yeni high tech şirkətlərində sərvətlər toplamış insanların dünyaya baxışlarını, identiklik siyasətini (identity politics), mədəniyyət müharibələrin (culture wars), ifrat liberalizm və kosmopolitizm təbliğatını ölkə daxilində və xaricində aparan liberal hökumətlərin əndazəsini aşmış (uşaqların cinsini dəyişmək və s.) siyasətlərinə etirazlarını, Dünya Səhiyyə Təşkilatının artıq epidemiya kimi təsbit etdiyi gənc nəsillərdə geniş yayılan tənhalıq və depressiya epidemiyaları (epidemic of depression and epidemic of loneliness) kimi çox dərin sosioloji trendləri və nəsnələri dərindən anlamaq lazımdır. Məsələn, Trampın yeni vitse-prezidentinin nə üçün ənənəvi İvy League universitetlərinin məzunları olan intellektual və idarəçilər sinfini kvazi-aristokratiya adlandırmasını və bu mübarizənin əslində “sinfi mübarizə” olduğunu deməsini anlamaq lazımdır.

 

 

Избранный
22
sam.az

1Источники