RU

Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə yerli TV-də

Azərbaycan mədəniyyəti və dəyərlərini dünyaya çatdırmağı hədəfləyən yeni televiziya layihəsi “Uzaq Yaşıl Ada” 15 noyabrda tamaşaçıların görüşünə gəlir.

Bu proqram dünyanın müxtəlif guşələrində uğur qazanmış, öz sahələrində fərqlənmiş Azərbaycan əsilli insanları ekrana gətirərək onların ilhamverici həyat hekayələrini, karyera uğurlarını və ölkəmizlə bağlı xatirələrini tamaşaçılara təqdim edəcək.

Hüseyn Cavadzadənin müəllif layihəsi olan “Uzaq Yaşıl Ada” AzTV-də ekrana gələcək, hər bölümdə müxtəlif sahələrdə parlayan azərbaycanlı qonaqları ilə tamaşaçıları görüşdürəcək.

Mədəniyyət, incəsənət, idman, biznes, elm, texnologiya kimi fərqli sahələrdə qazanılmış uğurları ilə dünyaya örnək olan şəxslər, bu layihədə həyatlarının ən vacib anlarını, çətinliklər və qələbələrini səmimi şəkildə bölüşəcəklər.

Layihənin məqsədi yalnız tamaşaçılara maraqlı hekayələr təqdim etmək deyil, eyni zamanda hər bir azərbaycanlının uğur yolunda inam və ümidini artırmaqdır. “Uzaq Yaşıl Ada” eyni köklərə, milli dəyərlərə sahib olan insanların həm Azərbaycan, həm də dünyanın müxtəlif ölkələrində böyük uğurlar qazanmasının mümkün olduğunu göstərir.

H.Cavadzadə bildirib ki, biz müxtəlif ölkələrdə yaşayan, lakin ürəklərində Vətən sevgisi daşıyan insanlarımızın səsi olmağa çalışırıq.

Azərbaycan teleməkanında xüsusi yer tutacaq bu layihə, hər dəfə maraqlı qonaqları ilə öz tamaşaçılarını yenidən ekran başına toplayacaq.

Layihənin birinci bölümündə mərhum dramaturq Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşirin ilk dəfə yerli televiziyaya müsahibəsi yayımlanacaq. Proqramın ilk bölümlərində ABŞ, Yaponiya və Polşada çəkilişlər edilib. Dekabrda isə İtaliya və Almaniyadakı həmvətənlərimizin hekayəsi işıqlandırılacaq.

 

Избранный
72
4
dergi.az

5Источники