BMT-nin Qaçqın Agentliyi tərəfindən “İqlim dəyişikliyindən hara qaçacaqsınız?” adlı maarifləndirici videoçarx hazırlanıb.
APA xəbər verir ki, eyni zamanda Azərbaycan dilində də təqdim olunan videoçarx ADA Universitetinin əcnəbi tələbələrinin və Azərbaycanda yaşayan qaçqınların səsləndirmə dəstəyi ilə hazırlanıb.
Haqqında bəhs olunan videoçarx iqlim böhranının qaçqınlar, məcburi köçkünlər və onların yaşadığı icmalara göstərdiyi ağır təsirləri ön plana çıxarır.
O da qeyd edilib ki, təqdim olunan video vasitəsilə bu vacib məsələ ilə bağlı məlumatlılığı artırmağa çalışılıb.
Qurumdan, həmçinin həssas əhali qruplarına dəstək üçün kollektiv addımlar atılması üçün edilən çağırışlara qoşulduqları da bildirilib.
Agentliyin məlumatına görə, Dünyada münaqişələr nəticəsində didərgin düşmüş insanların və qaçqınların 60 faizi iqlim dəyişikliyinə daha həssas olan bölgələrdə yaşayır və qlobal istiləşmənin ən sərt təsirlərinə məhz bu insanlar məruz qalır.