RU

COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb

“COP29 zamanı daha çox sərnişin axını olan “28 May”, “Elmlər” və “Koroğlu” stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzi publik şəxsin direktoru Elçin Əmirov mətbuat üçün keçirilən brifinqdə deyib.

Elçin Əmirov qeyd edib ki, tibb məntəqələrinin fəaliyyət göstərmə səbəbi səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir.

“COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb. Tibb məntəqələri lazımi bütün avadanlıqla təmin olunub. Bundan başqa, təcili tibbi yardım maşınlarının COP29 zolaqları ilə hərəkəti nəzərdə tutulur”, - deyə E.Əmirov bildirib.

Избранный
10
3
yeniazerbaycan.com

10Источники