RU

Bizim ailəmiz Türk dünyasıdır



Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü və imzalanan sənədlər müasir dünya siyasətinə ən mühüm və yaddaqalan hadisə kimi yazıldı.
Bu tədbir Türk dünyasının gücünün, nüfuz və qarşısıalınmaz qüdrətinin geosiyasi obrazını dünyaya nümayişi deməkdir.
Tür dövlətləri artıq dünya miqyasında yeni iqtisadi-siyasi münasibətlər sistemini formalaşdırır, yeni siaysi-iqtisadi keyfiyyətləri meydana çıxarır.

Qeyd-şərtsiz söyləmək mümkündür ki, Türk Dövlətləri Təşkilatı artıq türk ailəsinin böyük bir coğrafiyanı əhatə edən siyasi-iqtisadi-humanitar strukturuna çevrilməkdə, Avro-Asiya qitəsində yeni geosiyasi institut və platforma rolunu oynamaqdadır.

TDT-nin məram və ideyası ümümbəşəri olduğundan dost ölkələrin, o cümlədən Macarıstanın timsalında digər Mərkəzi-Şərqi Avropa dövlətlərinin bu ittifaqda birləşməsi realdır.

Türk Dövlətləri Təşkilatının yeni güc mərkəzi kimi qarşıda daha stateji hədəfləri vardır. Burada ilk növbədə, Uzaq Asiyadan - Çindən Avropaya uzanan XXI əsrin ən nəhəng tranziti olan “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzərində yerləşən ölkələri bir ittifaqda cəmləşdirmək hədəfi daha qlobal strateji xəttdir.

Nəzərə alsaq ki, Zəngəzur dəhlizi də artıq “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir, bu baxımdan Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi TDT-nın məqsdələrinə çatmasında tarixi fürsət oldu. Artıq Zəngəzur və Naxçıvan TDT-nın ən strateji nəqliyat dəhlizinin bir hissəsi hesab olunur.

TDT post-sovet və post-sosialist region ölkələrini bir siyasi mərkəzdə birləşdirməklə zəif və heç bir səmərə verməyən Müstəqil Dövlətlər Birliyi, Avrasiya İttifaqı kimi qurumların arxa plana göndərə və və geosiyasi resursları daha genişlənən platformasına çevrilə bilər.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Избранный
60
newscenter.az

1Источники