Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda Norveçin "Budyo-Qlimt" komandasının qonağı olacaq Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Budyo-Qlimt" son vaxtlar qarşılaşdığımız ən intizamlı olan kollektivlərdən biridir. Rəqib komandanın heyətində meydana çıxacaq futbolçular demək olar hamısı norveçlidir. Ümumiyyətlə göstərdikləri nəticələrə görə son vaxtlar Norveç futbolunun yüksəlişdə olduğunu deyə bilərik. Bu komandanın özünə xas olan oyun üslubu var. Sabahkı matçda çox diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur. İnanıram ki, futbolçularımız meydanda əllərindən gələnin ən yaxşısını edəcəklər".
Qeyd edək ki, "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.