RU

“Sabah” “Marussi”yə səfərdə də uduzdu

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FİBA Avropa kubokunun 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Bakı klubu FİBA Avropa kubokunun qrup mərhələsinin 5-ci turu çərçivəsində Yunanıstanda “Marussi”nin qonağı olub.

Rimas Kurtinaytisin yetirmələri bu rəqibinə Bakıda 70:82 hesabıyla uduzmuşdu. Komandamız həmin məğlubiyyətin revanşını almağa çalışıb. Təmsilçimiz böyük fasiləyə üstün yollansa da, 3-cü periodda yunanlar vəziyyəti öz xeyirlərinə dəyişiblər. 15 xallıq fərq matçın qalan dəqiqələrində “Marussi”nin qələbə qazanması üçün kifayət edib.

Azərbaycan komandası bu qrupdakı digər oyunlarında Belçikanın “Spiru” klubuna evdə 68:78, səfərdə 81:82, İsveç təmsilçisi “Norçöpinq”ə isə 70:74 hesabı ilə yenilmişdi.

Qeyd edək ki, G qrupunun digər oyununda bu gün “Spiru” “Norçöpinq”i sınağa çəkib və doğma meydanda 93:86 hesablı qələbəyə sevinib.

FİBA Avropa kuboku
G qrupu, 5-ci tur
6 noyabr

“Marussi” – “Sabah” 82:71 (12:15, 19:22, 31:16, 20:18)
Hakimlər: Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya), Mladen Luçiç (Montoneqro).
Marussi Saint Tomas Sarayı.

Xallar: Spiru – 10. Marussi – 9. Norçöpinq – 6. Sabah – 5.

Избранный
22
arena.az

1Источники