RU

UEFA Çempionlar Liqası: "İnter" "Arsenal"lı tək qol ilə məğlub etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, "İnter" (İtaliya) doğma azarkeşləri önündə İngiltərə "Arsenal"ı ilə üz-üzə gəlib.
45+3-cü dəqiqədə meydan sahiblərindən Hakan Çalhanoğlunun dəqiq penalti vuruşu komandasına qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, günün digər qarşılaşmalarında "Brügge" "Aston Villa"ya 1:0, "Şaxtyor" isə "Yanq Boyz"a 2:1 hesabı ilə qalib gəlib.
Həmçinin, "Zalsburq" səfərdə "Feyenoord"dan üstün olub - 1:3, Praqa "Sparta"sı evdə "Brest"ə uduzub - 1:2, "Ştutgart" öz meydanında "Atalanta"ya məğlub olub - 0:2.
Избранный
14
50
oxu.az

10Источники