RU

Filippində xoruz formasında tikilən hotel Ginnesin Rekordlar Kitabına düşdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Filippində hotel xoruz formasında tikilmiş ən böyük bina kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə UPI məlumat verib.
Kurortun yaradıcısı bildirib ki, onun ideyası diqqəti cəlb edə və qonaqları sevindirə biləcək qeyri-adi bina yaratmaq olub.
"Biz unikal bir şey yaratmağa çalışdıq ki, ziyarətçilər yalnız rahatlıqdan deyil, həm də estetik baxımdan həzz ala bilsinlər", - o vurğulayıb.
Əyləncə funksiyasından əlavə, xoruz formalı bina yerli mədəniyyət və adət-ənənələrə hörməti təcəssüm edir.
"Xoruz xalqımızın gücünü və xarakterini əks etdirən sakitlik və qüdrət rəmzidir", - hotelin yaradıcısı əlavə edib.
Избранный
11
1
oxu.az

10Источники