RU

Almaniya kansleri Olaf Şolz maliyyə nazirini istefaya göndərib

Almaniyada hökumət böhranı dərinləşir.

"Operativ Media" Almaniya mətbuatına istinadən xəbər verir ki, baş nazir Şolzun hökumət daxilində bir müddət davam edən fikir ayrılıqlarından sonra maliyyə nazirini vəzifəsindən uzaqlaşdırıb.

Ölkə mətbuatında yer alan xəbərlərdə koalisiya hökumətini quran Sosial Demokrat Partiyası (SPD) ilə Yaşıllar və FDP səlahiyyətlilərinin fikir ayrılıqlarını həll etmək üçün Baş Nazirlikdə bir araya gəldiyi bildirilib.

Məlumatda FDP lideri Lindnerin bu görüşdə kansler Şolza erkən seçki təklif etdiyi, lakin Şolzun bunu rədd etdiyi bildirilib.

Избранный
32
operativmedia.az

1Источники