RU

Siyasi-şərhçi: Ermənistanın COP17-yə ev sahibliyi etməyi qazanmasının arxasında lobbiçilik fəaliyyətləri dayanır...

2026-cı ildə Ermənistanda Biomüxtəliflik üzrə Tərəflər Konfransı - COP17 keçiriləcək...

Kamran Məmmədli: “Ermənistanın monoetnik dövlət olması və ölkə daxilində müxtəlif etnik qruplara qarşı həyata keçirdiyi siyasətlər, bu cür tədbirin təşkil edilməsinə uyğun olmadığını aydın şəkildə nümayiş etdirir”.

Ermənistanın COP17-yə ev sahibliyi etməyi qazanması, ilk baxışdan, ölkənin qlobal ekoloji siyasətə sadiqliyi kimi təqdim edilsə də, bu qərarın arxasında lobbiçilik fəaliyyətləri və digər qeyri-şəffaf mexanizmlərin olması ehtimalı yüksəkdir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistanda Biomüxtəliflik üzrə Tərəflər Konfransı - COP17 keçiriləcəyi xəbərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, 2026-cı ildə Ermənistanda Biomüxtəliflik üzrə Tərəflər Konfransı - COP17 keçiriləcək. COP17-nin Ermənistanda keçirilməsi isə bir sıra suallar yaradır.

Hər şeydən əvvəl monoetnik dövlət olan Ermənistanda biomüxtəliflik üzrə qlobal tədbirin keçirilməsi nə qədər doğru görünür?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Belə hallar, konfransların və digər beynəlxalq tədbirlərin əsas məqsəd və dəyərlərinin təhrif olunmasına gətirib çıxarır, qlobal ictimaiyyətin bu tədbirlərə olan inamını azaldır”.

Erməni lobbiçilərinin rüşvət amili ilə istəklərinə nail ola bildiklərini qeyd edən ekspert əlavə edib ki, beynəlxalq tədbirlər üçün ev sahibi ölkənin müəyyən olunması çox vaxt şəffaflıqdan kənar proseslərə məruz qala bilir:

Ermənistanın monoetnik dövlət olması və ölkə daxilində müxtəlif etnik qruplara qarşı həyata keçirdiyi siyasətlər, bu cür tədbirin təşkil edilməsinə uyğun olmadığını aydın şəkildə nümayiş etdirir. COP17 konfransı, biomüxtəliflik və inklüzivlik prinsiplərinə əsaslanan beynəlxalq bir tədbir olaraq, ev sahibi ölkənin bu prinsipləri dəstəkləyən və tətbiq edən bir mühitə malik olmasını tələb edir. Ermənistanın monoetnik tərkibi və keçmişdə digər etnik icmalara qarşı tətbiq etdiyi siyasətlər, onun qlobal miqyasda bu mövzuda nümunəvi bir ev sahibi kimi çıxış etməsinin qarşısını almalı idi .

Eyni zamanda Ermənistanın bölgədəki tarixi fəaliyyəti və qonşu dövlətlərlə, xüsusilə Azərbaycanla olan gərgin münasibətləri onun sülh və əməkdaşlıq prinsiplərinə önəm vermədiyini göstərir. Lakin görünən odur ki, onlar lobbiçilik və rüşvət amili ilə istəklərinə nail ola biliblər. Beynəlxalq tədbirlər üçün ev sahibi ölkənin müəyyən olunması çox vaxt şəffaflıqdan kənar proseslərə məruz qala bilir. Ermənistanın COP17-yə ev sahibliyi etməyi qazanması, ilk baxışdan, ölkənin qlobal ekoloji siyasətə sadiqliyi kimi təqdim edilsə də, bu qərarın arxasında lobbiçilik fəaliyyətləri və digər qeyri-şəffaf mexanizmlərin olması ehtimalı yüksəkdir.

Hesab edirəm ki, bu, təkcə Ermənistan üçün deyil, həm də beynəlxalq ekoloji hərəkatın etibarlılığı üçün mənfi nəticələr doğuracaq. Belə hallar, konfransların və digər beynəlxalq tədbirlərin əsas məqsəd və dəyərlərinin təhrif olunmasına gətirib çıxarır, qlobal ictimaiyyətin bu tədbirlərə olan inamını azaldır”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
61
poliqon.info

1Источники