RU

Bayden Trampın andiçməsinədək Ukraynaya 6 milyard xərcləyəcək

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası seçilmiş prezident Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasiminədək Ukraynaya hərbi yardım üçün ayrılmış bütün qalan vəsaiti istifadə etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Ağ evin iki rəsmisi “Politico”ya deyib.

Sentyabrın 30-da başa çatmış 2024-cü maliyyə ilinin sonunda ABŞ administrasiyasının sərəncamında Ukraynaya hərbi yardım göstərmək üçün 6 milyard dollardan çox vəsait qalıb.

“Politico”ya görə, hazırda Bayden administrasiyası ABŞ ordusunun anbarlarından silah tədarükü üçün 4,3 milyard dollar və Amerika müdafiə şirkətləri ilə müqavilələr üzrə silah alınması üçün əlavə 2,1 milyard dollar vəsaitə malikdir.

Nəşrin məlumatına görə, Ağ ev hazırda bu vəsaiti mümkün qədər tez istifadə etməyə çalışır ki, Tramp yardımı davam etdirməkdən imtina etsə belə, Ukraynanın Rusiyanın hücum əməliyyatlarına qarşı mübarizə aparmaq üçün yetərincə silahı olsun.

Lakin “Politico”nun həmsöhbətləri qeyd edirlər ki, ABŞ-nin ayırdığı silahların Ukraynaya çatdırılması “adətən aylarla vaxt tələb edir”, ona görə də yaxın həftələrdə elan ediləcək paketlər 2025-ci ilin yanvarının sonunadək tam həcmdə çatdırılmayacaq və Tramp silah göndərilməsini dayandıra bilər.

Qəzetin mənbələrinin sözlərinə görə, digər problem ABŞ ordusunun anbarlarında yetərincə silahın olmamasıdır. Ayrılmış 6 milyard dollardan ödənilən bu silahların əvəzlənməsi uzun müddət çəkə bilər.

Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı açıq şəkildə, seçkilərində qalib gələcəyi təqdirdə, Ukraynaya hərbi yardımı dayandıracağı və ya kəskin şəkildə azaldacağını elan etmiş, həmçinin Ukraynanın müharibədə qalib gəlməsini istədiyini bəyan etməkdən imtina etmişdi.

"Cebheinfo.az"

Избранный
1
6
cebheinfo.az

6Источники