RU

Tagesspiegel: Scholz Almaniyanın maliyyə naziri Lindneri istefaya göndərdi

Almaniya kansleri Olaf Şolz eyni zamanda Almaniya Azad Demokrat Partiyasının lideri olan maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.

“Kansler Şolz maliyyə naziri Lindneri işdən çıxardı” dedi hökumət dairələri Tagesspiegel qəzetinə.

Təsdiqlənməmiş məlumatlara görə, bundan bir qədər əvvəl Lindner Almaniyada “yeni seçkilər” keçirilməsini təklif edib.

Bu xəbərin fonunda Almaniyanın “ Berliner Zeitung” qəzeti “Svetofor koalisiyası dağılmış ola bilər” başlığı ilə oxşar material dərc edib.

Bild-in noyabrın 2-də yazdığı kimi, Sosial Demokrat Partiyası və Azad Demokrat Partiyasının nümayəndələri iqtisadi plan üzrə razılığa gələ bilmədilər: SPD həmsədrləri Saskia Esken və Lars Klingbeil lider Kristian Lindnerin irəli sürdüyü iqtisadi təklifləri açıq şəkildə rədd etdilər.

DOĞRU.AZ

Избранный
14
dogru.az

1Источники