Füzuli. Trend:
Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağasəfəri başlayıb.
Trend-in Qarabağ bürosu xəbərverir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri ŞeyxülislamAllahşükür Paşazadənin rəhbərliyi ilə qonaqları Füzuli HavaLimanında Azərbaycan Prezidentinin Ağdam, Füzuli, Xocavəndrayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidovqarşılayıb.
Bildirilir ki, Din və hökumət nümayəndələri səfər çərçivəsindəFüzuli, Ağdam, Xocalı, Əskəran, Xankəndi və Şuşada işğal dövründəerməni vandalizminə məruz qalan abidələrin dağıntıları ilə tanışolacaqlar. Onlar məscid və ziyarətgahlara baş çəkəcək, azad olunmuşərazilərdəki bərpa-quruculuq işləri ilə bağlıməlumatlandırılacaqlar.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın Ağdamməscidində azan verməsi, ziyarətçilərin camaat namazı nəzərdətutulur. Bu, Ağdam məscidində təmir-bərpa işlərininyekunlaşmasından sonra ilk dəfə qılınacaq camaat namazıdır.
Xəbər yenilənəcək