RU

Putin Qazaxıstana gedəcək: Nazirlər hazırlıq görür

Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana dövlət səfəri noyabrın 27-nə planlaşdırılıb.

Musavat.com xəbər verir ki, bunu Astanada Rusiya xarici işlər naziri Sergey Lavrovla geniş tərkibdə görüşdə respublikanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu deyib.

“Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana gözlənilən dövlət səfəri çoxşaxəli tərəfdaşlığın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir”.

S.Lavrov qeyd edib ki, tərəflər Rusiya prezidentinin noyabrın 27-də Qazaxıstana dövlət səfərinə ciddi hazırlıq görürlər.

Şahanə Rəhimli
Musavat.com

Избранный
95
9
musavat.com

10Источники