RU

Avropa Liqasında bu gün daha 17 qarşılaşma baş tutacaq

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 4-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə daha 17 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə Norveçin “Bodo Qlimt” kollektivi ilə qarşılaşacaq.

Bu görüşlə yanaşı, daha 8 matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Digər 8 oyun isə gecəyarısı start götürəcək.

Xatırladaq ki, 4-cü turun açılış oyununda “Beşiktaş” dünən “Malmö” ilə qarşılaşmış və doğma meydanda qələbəyə sevinmişdi.

Avropa Liqasında Liqa mərhələsinin 5-ci turuna noyabrın 28-də start veriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 4-cü tur

6 noyabr

“Beşiktaş” – “Malmö” 2:1
Qollar: Ernest Muçi, 76. Semih Kılıçsoy, 85 – Soren Rieks, 90+3.

7 noyabr

21:45. “Bodo Qlimt” (Norveç) – “Qarabağ” (Azərbaycan)
21:45. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Slaviya” (Praqa, Çexiya)
21:45. “Elfsborq” (İsveç) – “Braqa” (Portuqaliya)
21:45. “Styaua” (Rumıniya) – “Midtyulland” (Danimarka)
21:45. “Qalatasaray” (Türkiyə) – “Tottenhem” (İngiltərə)
21:45. “Ludoqorets” (Bolqarıstan) – “Atletik” (İspaniya)
21:45. “Nitsa” (Fransa) – “Tvente” (Niderland)
21:45. “Olimpiakos” (Yunanıstan) – “Reyncers” (Şotlandiya)
21:45. “Yunion” (Belçika) – “Roma” (İtaliya)
00:00. “Ayaks” (Niderland) – “Makkabi” (Təl–Əviv, İsrail)
00:00. “Alkmaar” (Niderland) – “Fənərbaxça” (Türkiyə)
00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Ferentsvaroş” (Macarıstan)
00:00. “Hoffenhaym” (Almaniya) – “Olimpik” (Lion, Fransa)
00:00. “Latsio” (İtaliya) – “Portu” (Portuqaliya)
00:00. “Mançester Yunayted” (İngiltərə) – PAOK (Yunanıstan)
00:00. “Viktoriya” (Plzen, Çexiya) – “Real Soseydad” (İspaniya)
00:00. RFS (Latviya) – “Anderlext” (Belçika)

Избранный
4
20
arena.az

10Источники