RU

Almaniyanın hakim koalisiyası dağıldı-Scholz etimad səsverməsi tələb edəcək

Almaniyada Almaniya Sosial Demokrat Partiyası, Azad Demokrat Partiyası və İttifaq 90 (Yaşıllar) partiyalarından ibarət hakim “svetofor koalisiyası” dağılıb. Almaniya kansleri Olaf Şolz martda növbədənkənar seçkilər keçirə bilməsi üçün yanvarın 15-də Bundestaqdan hökumətinə etimad səsverməsi tələb edəcək. Vətəninfo.az  xəbər verir ki , bu barədə Deutsche Welle məlumat yayıb.

Scholz jurnalistlərə açıqlamasında “Bizə hərəkət edə bilən, ölkəmiz üçün lazımi qərarlar vermək səlahiyyətinə malik bir hökumət lazımdır” dedi.

Eyni zamanda o, həm də partiyanın lideri olan maliyyə naziri Kristian Lindneri hakim koalisiyadan istefaya göndərdiyini açıqlayıb. Scholz, nazirin büdcə məsələlərində konstruktiv hərəkət etmədiyini və lazımi qanunların qəbulunu əngəllədiyini izah etdi.

Öz növbəsində Lindner qırmızı-yaşıl-sarı (partiya rəngləri) koalisiyasının dağılmasında Scholz-u günahlandırıb.

Scholz və Lindner arasında iqtisadi, maliyyə və sosial siyasətlə bağlı ciddi fikir ayrılıqları var və bu səbəbdən 2025-ci il büdcəsini keçə bilmirlər.

Избранный
9
veteninfo.az

1Источники