Çempionlar Liqasında Serbiyada “Srvena Zvezda”nı 5:2 hesabı ilə məğlub edən “Barselona” oyunda ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, rəqib oyunçu butsu ilə Pau Kubarsinin başına zərbə endirib. Kubarsi dərhal meydanı tərk edib.
Matçdan sonra oyunçunun üzünə 10 tikiş vurulub.
La Liqa nəhəngi sosial media hesabında matçın 67-ci dəqiqəsində zədələnən Pau Kubarsinin fotosunu paylaşıb. “Barselona” oyunçunun fotosunun altına “Hər şey “Barselona” üçün” sözlərini yazıb.
Qeyd edək ki, “Barselona” 4 turdan sonra 9 xalla 6-cıdır.
Mourinyo Arda Güleri komandasında istəyir
Amorimin “Yunayted”dən ilk istəyi – Xviça Kvaratsxeliya
"Arsenal" "İnter"lə matça itki ilə çıxacaq
Qyökereş Messinin uğurunu təkrarladı
"Fənərbaxça"nın rəqibi "çöküb"