Aktual.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstan xarici işlər naziri Murad Nurtleu ilə görüşündə deyib.
"Rusiya prezidentinin noyabrın 27-də Qazaxıstana gözlənilən dövlət səfəri çoxşaxəli tərəfdaşlığın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. Tərəflər Rusiya prezidentinin Qazaxıstana dövlət səfərinə ciddi hazırlıq görürlər”, - Lavrov bildirib.