Filippində hotel xoruz formasında tikilmiş ən böyük bina kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Kurortun yaradıcısı bildirib ki, onun ideyası diqqəti cəlb edə və qonaqları sevindirə biləcək qeyri-adi bina yaratmaq olub.
“Biz unikal bir şey yaratmağa çalışdıq ki, ziyarətçilər yalnız rahatlıqdan deyil, həm də estetik baxımdan həzz ala bilsinlər”, – o vurğulayıb.
Əyləncə funksiyasından əlavə, xoruz formalı bina yerli mədəniyyət və adət-ənənələrə hörməti təcəssüm edir.
“Xoruz xalqımızın gücünü və xarakterini əks etdirən sakitlik və qüdrət rəmzidir”, – hotelin yaradıcısı əlavə edib.