RU

Trampın planı üzə çıxdı: Ən azı 20 il...

“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynaya ərazilərini qaytarmadan Rusiya ilə hərbi münaqişəni dondurmağı və ən azı 20 il NATO-ya üzv olmaqdan imtinanı təklif edə bilər”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu məlumatlı mənbələr “The Wall Street Journal”-a (WSJ) bildiriblər.

Onların sözlərinə görə, Trampın müşavirləri hazırda müharibəni bitirmək üçün belə bir ssenarini müzakirə edirlər. Ehtimal olunur ki, hərbi əməliyyatların dondurulmasından sonra bütün cəbhə xətti boyunca hərbsizləşdirilmiş zona elan olunacaq. Lakin onun təhlükəsizliyini kimin təmin edəcəyi hələlik məlum deyil. 

Eyni zamanda, WSJ-nin həmsöhbətlərindən biri Amerika qoşunlarının və ya BMT kontingentinin bu işə qarışacağını istisna edib.

Öz növbəsində, yaxın 20 ildə NATO-ya üzv olmaqdan imtina etdiyinə görə Tramp Ukraynanı silahla təmininə davam edəcəyinə söz verəcək. “Biz hərbçilərə təlim keçə və başqa dəstək verə bilərik, lakin bunu ilk növbədə Avropa ölkələri edəcək. Biz amerikalı kişi və qadınları Ukraynada sülhü qorumaq üçün göndərmir və biz bunun üçün pul ödəmirik. Bunu polyaklardan, almanlardan, britaniyalılardan və fransızlardan xahiş edin”, – Trampın komandasının üzvlərindən biri deyib.

WSJ-nin həmsöhbətləri Trampın Ukraynadakı hərbi münaqişəyə son qoymaq üçün konkret planı hələlik təsdiqləmədiyini vurğulayıblar. Respublikaçıların liderinin keçmiş milli təhlükəsizlik üzrə köməkçisi qeyd edib ki, Tramp şəxsən və ən son anda qərar verəcək:

“Ona görə də heç kim prezidentin nə qərar verəcəyini əvvəlcədən deyə bilməz”.

Bununla belə, WSJ qeyd edir ki, mənbələrin müharibəni bitirmək üçün təsvir etdiyi plan vitse-prezident seçilən Vansın sentyabrda münaqişənin həllini necə təqdim etdiyinə bənzəyir. 

Onun sözlərinə görə, Tramp Rusiyanın Ukrayna ərazilərini saxlaması, hazırkı cəbhə xətti boyunca hərbsizləşdirilmiş zonanın yaradılması, Rusiya ilə təkrar münaqişə vəziyyətində Ukrayna qoşunlarının gücləndirilməsi ilə bağlı saziş təklif edəcək. Moskva da öz növbəsində Ukraynanın NATO da daxil olmaqla hərbi ittifaqlara qoşulmayacağına dair təminat alacaq.

WSJ yazır ki, fərqli fikirlərə malik müxtəlif fraksiyalar Trampın ikinci dövründə onun xarici siyasətinə təsir göstərmək üçün mübarizə aparacaq. Belə ki, müdafiə naziri postuna namizədliyini irəli sürən keçmiş dövlət katibi Mayk Pompeo Rusiya üçün qələbə kimi görünməyəcək nizamlanmada israr edə bilər. Amma dövlət katibi və ya milli təhlükəsizlik müşaviri postuna əsas namizəd hesab edilən Riçard Qrenell müharibəni tez bir zamanda bitirmək üçün Ukraynaya əhəmiyyətli ərazi güzəştlərinə razı ola bilər.

Избранный
130
50
cebheinfo.az

10Источники