RU

Ərdoğan Avropa Siyasi Birliyinin sammitinə gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birgə Macarıstanın paytaxtı Budapeştə gedib.

Modern.az xəbər verir ki, Ərdoğan Avropa Siyasi Birliyinin 5-ci sammitində iştirak edəcək.

Türkiyə prezidentinin Macarıstanda bir sıra beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər keçirməsi də gözlənilir

Avropa Siyasi Birliyi qeyri-Aavropa İttifaqı ölkələrinin iştirakı ilə Avropa məsələləri üzrə strateji müzakirələr formatı kimi 2022-ci ilin mayında Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif edilib. Qurumun yaranma tarixi 2022-ci il oktyabrın 6-sı hesab olunur və bu beynəlxalq təşkilatın Praqada ilk sammiti keçirilib.

Avropa liderlərinin qeyri-rəsmi sammiti noyabrın 7-də axşam saatlarında şam yeməyi ilə başlayacaq. Cümə axşamı əsas müzakirə mövzusunun ABŞ-dakı prezident seçkilərinin nəticələri olacağı gözlənilir.

Sammitin əsas hissəsi noyabrın 8-də baş tutacaq.
 

Избранный
30
3
modern.az

4Источники