RU

“SpaceX” dünyanın ən böyük raketinin yeni sınaq uçuşunu həyata keçirəcək

Bakı, TurkicWorld

"SpaceX" tərəfindən Ay səfərləri üçün hazırlanan "Starship" kosmik gəmisinin "Super Heavy" raketdaşıyıcısı ilə 6-cı sınaq uçuşu 18 noyabr tarixinə planlaşdırılıb.

TurkicWorld bu barədə xarici KİV-ə isitnadən xəbər verir.

"Yerin ətrafında bir dövrə vurduqdan sonra "Starship" gəmisinin orbitdən çıxaraq Hind Okeanında, Avstraliyanın şimal-qərbində suya enməsi gözlənilir. "Super Heavy" raketi isə start kompleksinə enərək "Mechazilla" sisteminin qolları ilə tutulacaq", - məlumatda bildirilib.

Oktyabr ayında "SpaceX" "Starship" raket sisteminin uğurlu 5-ci sınaq uçuşunu həyata keçirib.

Qeyd edək ki, təkrar istifadə oluna bilən raket sistemi "Starship" kosmik gəmisindən və "Super Heavy" raketdaşıyıcısından ibarətdir və 120 metrdən çox hündürlüyə malikdir, bu da onu dünyada yaradılmış ən yüksək raket edir. "Super Heavy" "NASA"nın Ay səfərləri üçün hazırladığı "Space Launch System" (SLS) raketindən 2 dəfə güclüdür.

Əvvəllər raket 5 dəfə sınaqdan keçirilib, lakin yalnız 3 uçuş — 2024-cü ilin mart, iyun və oktyabr aylarında uğurlu olub.

Избранный
63
8
turkic.world

9Источники