RU

Trampın ABŞ tarixində ən böyük deportasiya planı:Həbsxanalarda hazırlıq başladı, Kanada çağırış etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də yeni seçilmiş Prezident Donald Trampın qələbəsindən sonra ölkə həbsxanalarında hazırlıqlar başlayıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Tramp seçki kampaniyası zamanı dəfələrlə immiqrasiya və cinayətkarlıqla mübarizədə sərt tədbirlər görüləcəyini, ABŞ-yə qeyri-qanuni girişin qarşısının alınması və immiqrasiyanın məhdudlaşdırılması ilə bağlı hərtərəfli dəyişikliklərin tətbiq ediləcəyini bəyan etmişdi.
Tramp Meksika sərhədindən ölkəyə daxil olanların qaçqın statusu almasını çətinləşdirəcəyini, ABŞ tarixindəki ən böyük deportasiya təşəbbüsünü də başladacağını qeyd etmişdi.
Hazırda Trampın qələbəsindən sonra ölkəyə qeyri-qanuni yollarla daxil olan daha çox immiqrantın həbs olunacağı və deportasiya ediləcəyi gözlənilir.
Bu qələbə özəl həbsxana və mühacir saxlama mərkəzlərinin səhmlərinin artmasına da səbəb olub. Belə ki, şəxsi həbsxana operatoru olan "GEO Group"un səhmləri 42 faiz, "CoreCivic"in səhmlərinin dəyəri isə 29 faiz artıb.
Analitiklərin fikrincə, Trampın siyasəti ölkə daxilində özəl həbsxanaların və mühacirlərin saxlanma mərkəzlərinin əsaslı şəkildə genişləndirilməsinə zərurət yaradacaq.
Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hesablamalarına görə, ölkədə 11 milyondan çox qeyri-qanuni mühacir yaşayır.
Bu hadisələr fonunda Kanadanın Kvebek əyalətinin baş naziri Fransua Leqo da çağırış edib.
O, ölkəsinin sərhədlərini külli miqdarda immiqrant axınına qarşı qorumaq üçün dərhal hərəkətə keçilməsinin zəruriliyi ilə bağlı xəbərdarlıq edib.
Trampın qələbəsinin elan edilməsindən sonra mətbuat konfransı keçirən Leqo bölgədəki qeyri-qanuni mühacir hərəkətliliyinə diqqət çəkib.
"Biz federal hökuməti sərhədlərimizi qorumaq üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağıracağıq", - deyə o bildirib.
Leqo ölkəsinə gələ biləcək immiqrant sayının çox yüksək olacağını, həmçinin Kvebekin (Kanadanın ərazisinə görə ən böyük, əhalisinə görə isə ikinci ən böyük əyalətidir - red.) ABŞ-nin 4 ştatı ilə həmsərhəd olduğunu da vurğulayıb.
Kanadanın milli polis qüvvələri isə immiqrant axını halında sərhəd nəzarətinin artırılması da daxil olmaqla, fövqəladə vəziyyət planlarının hazır olduğunu açıqlayıb.
Избранный
115
19
oxu.az

9Источники