RU

Almaniyada siyasi böhran: Koalisiya hökuməti dağılır

Almaniyanın maliyyə naziri vəzifəsinə Yorq Kukiesin təyin olunduğu, nəqliyyat naziri Volker Vissinqin isə vəzifəsini davam etdirəcəyi bildirilib.

Publika.az xəbər verir ki, Almaniya kansleri Olaf Şoltsun Azad Demokrat Partiyasının (FDP) lideri Kristian Lindneri maliyyə naziri vəzifəsindən uzaqlaşdırdığı və yerinə keçmiş iqtisadi müşaviri Yorq Kukiesi təyin etdiyi açıqlanıb.

İqtisadiyyat elmləri doktoru olan Kukies Şoltsun iqtisadi müşaviri vəzifəsində çalışıb.

Digər tərəfdən, Almaniyanın rəqəmsal və nəqliyyat üzrə federal naziri Volker Vissinq koalisiya hökumətinin dağılmasına baxmayaraq vəzifəsində qalmağı planlaşdırdığını və partiyasından ayrıldığını açıqlayıb.

Mətbuat konfransı keçirən Vissinq bildirib ki, Lindner işdən çıxarıldıqdan sonra kansler Şolts ondan Federal Nəqliyyat Nazirliyinə rəhbərlik etməyə davam etməsini istəyib.

Избранный
12
publika.az

1Источники