Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol qəzası baş verib.
Referans.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus "Mercedes" markalı təcili tibbi yardım avtomobili, "VAZ-21140" və "Mercedes" markalı digər minik avtomobili toqquşub.
Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də "VAZ"ın sürücüsü xəsarət alıb.
Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта