RU

Özbəkistanın ekologiya naziri: COP29 əvvəllər nail olunmamış hədəflərə çatmaq üçün şansdır

Azərbaycan Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır.

Bu barədə “Far.Az”a müsahibəsində Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Əziz Abduhakimov bildirib.

Ölkələr arasında əməkdaşlıq getdikcə daha çox geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Zaman təsdiq edir ki, Özbəkistan-Azərbaycan münasibətləri böyük potensiala malikdir və həm Cənubi Qafqaz, həm də bütün Mərkəzi Asiya üçün davamlı inkişafın təmin edilməsində mühüm rol oynaya bilər.

Azərbaycanın bərpa olunan enerji sahəsindəki zəngin potensialını nəzərə alaraq, Özbəkistan ölkənizin "yaşıl enerji”, "yaşıl hidrogen” potensialının inkişafı layihələrinin həyata keçirilməsi, özəl investisiyalar hesabına istilik elektrik stansiyalarının tikintisi sahəsində bilik mübadiləsi, "ağıllı şəhər", "ağıllı kənd" yanaşmaları, həmçinin təmiz texnologiyaların tətbiqi və "yaşıl enerji” zonasının yaradılması sahəsində təcrübəsini öyrənə bilər.

İqlimşünasların hazırlanması sahəsində praktiki əməkdaşlığın inkişafı məqsədilə Özbəkistan üçün Daşkənddə yerləşən Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişiklikləri Universitetinə (Green University) Azərbaycandan mütəxəssislərin cəlb edilməsi çox vacibdir.

Azərbaycan və Özbəkistan transsərhəd su ehtiyatlarından yüksək asılılıq kimi oxşar ekoloji şəraitlə üzləşir. Ölkələrimiz ümumi çağırışların həlli üçün səmərəli əməkdaşlıq edə bilər. Qarşılıqlı fəaliyyət su ehtiyatları infrastrukturunun modernləşdirilməsinə, dayanıqlı kənd təsərrüfatının inkişafına, yaşıllaşdırma təşəbbüslərinə və təcrübə mübadiləsinə yönəldilə bilər.

Azərbaycanın enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə məsələlərində nailiyyətlərini nəzərə alaraq, Özbəkistan da "yaşıl enerji”yə tədricən keçid planı hazırlaya bilərdi.

Bakı konfransında Dubayda keçirilən COP28-də reallaşdırılmayan hədəflərə çatmaq üçün yeni fürsət yaranacaq. Ümid edirik ki, ölkələr texnoloji həllərlə bağlı nailiyyətlərini açıq şəkildə nümayiş etdirəcək. COP29-un əsas mövzusunun iqlim maliyyələşdirilməsi ilə bağlı olacağını nəzərə alaraq, qarşıdakı tədbirdə maliyyə vəsaitinin cəlb edilməsi üçün etibarlı və ambisiyalı planın hazırlanmasına ümid edirik.

Избранный
7
2
far.az

10Источники