Livanın rəsmi xəbər agentliyi NNA, İsrailin Sidonun şimal girişindəki Avvali hərbi keçid məntəqəsi yaxınlığında bir avtomobili hədəf aldığını bildirib.
Oxu24.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Livan Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) aid maşınlar da hədəf alınan avtomobilin yaxınlığında hərəkət edib və Sülh Qüvvələrinin bəzi əsgərləri hücum zamanı yaralanıb və onlara hadisə yerində tibbi yardım göstərilib.
Livan ordusunun mövzu ilə bağlı verdiyi açıqlamaya görə, hücumda 3 nəfər ölüb, 3-ü Livanlı, 4-ü UNIFIL əsgəri olmaqla 7 nəfər yaralanıb.
Hücum zamanı həyatını itirənlərin cəsədləri Sayda Dövlət Xəstəxanasına aparılıb.
Nigar