“‘Türk birliyi ideyası tarix boyu olub. Sadəcə bu ideyanı həyata keçirmək üçün zaman yetişmirdi.”- bu fikirləri AXC internet televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, tarixin bütün dövrlərində türk sərkərdələri bu ideyanı həyata keçirmək istəyib.
“1991-ci ildə Sovet İmperiyasının çökməsi ilə yaranan türkdilli dövlətlərin yeni bir birliyə ehtiyacı var idi. Lakin bu təşkilatın yaranması da zaman aldı. “- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomaterialda: